25.11.2026 - 15:04
Türkiyə 25 ildə dəmir yolu şəbəkəsini 30% genişləndirib
İqtisadiyyat 192 baxış

Türkiyə 25 ildə dəmir yolu şəbəkəsini 30% genişləndirib

Türkiyə son 25 ildə dəmir yolu şəbəkəsini təxminən 30% genişləndirərək infrastrukturunu yeniləyib. Bu barədə Anadolu agentliyinə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Minval.info xəbər verir ki, ölkənin dəmir yolu şəbəkəsi 2002-ci ildə 10,948 kilometrdən bu il 14,272 kilometrə qədər artıb. Uraloğlu bildirib ki, bu şəbəkənin 11,668 kilometri ənənəvi dəmir yolları, 2,604 kilometri isə 2002-ci ildən bəri sıfırdan inşa edilən sürət qatarı xəttləridir.

Elektrikləşdirilmiş dəmir yolu xəttləri isə 2,122 kilometrdən 7,627 kilometrə qədər 259% artıb. Şəhər dəmir yolu sistemləri də 281 kilometrdən 1,056 kilometrə qədər 276% böyüyüb.

“8,458 kilometr üçün layihə işləri tamamlanıb və 3,985 kilometrlik marşrut boyunca işlər davam edir. Bütün planlaşdırılan layihələr başa çatdıqda, ümumi dəmir yolu uzunluğu təxminən 31,439 kilometrə çatacaq,” deyə Uraloğlu əlavə edib.

Türkiyədə sürət qatarları hazırda 14 vilayəti birləşdirir və 2030-cu ilə qədər bu sayın 32-yə çatdırılması planlaşdırılır. Planlar çərçivəsində Bursa, Çorum, Kayseri, Niğde, İzmir, Uşak, Balıkesir və digər vilayətlər də sürət qatarı şəbəkəsinə daxil ediləcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: