15.11.2026 - 12:34
"Milan"ın sahibi klubu satmağı düşünmür
İdman 201 baxış

"Milan"ın sahibi klubu satmağı düşünmür

“Milan” futbol klubunun sahibi Cerri Kardinale klubla bağlı gələcək planlarını açıqlayıb. Publika.az-ın məlumatına görə, Kardinale komandaya maliyyə yatırımlarını artırmağı planlaşdırır.

Kardinale, “Gazzetta dello Sport”a verdiyi müsahibədə “Milan”ın transfer bazarında rəqabət aparacaq gücə malik olmasını təmin etmək üçün çalışacağını bildirib. O, klubun dünyanın ən yaxşı oyunçularını əldə edə bilməsi üçün kifayət qədər maliyyə resurslarına sahib olmasını vacib hesab etdiyini vurğulayıb. “Premyer Liqa klubları kimi böyük yatırımlar etmək niyyətindəyəm”, – deyə o qeyd edib.

İş adamı həmçinin “Milan”ı satmaq fikrində olmadığını və klubun əvvəlki uğurlarına qayıtmasını təmin etmək üçün çalışacağını bildirib. “Klubu heç vaxt satmaram. Məqsədim “Milan”ı şanlı günlərinə qaytarmaqdır və bu nəticəyə mümkün qədər tez nail olmaq istəyirəm”, – deyə Kardinale əlavə edib.

Hazırda “Milan” Seriya A turnir cədvəlində 24 xalla dördüncü sıradadır. Lider “Latsio” isə 29 xalla birinci yerdədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: