Holann UEFA Millətlər Liqasında rekord qırdı
Norveç millisinin hücumçusu Erlinq Holann UEFA Millətlər Liqasında yeni rekorda imza atıb. Baku.ws-ın məlumatına görə, Holann bu turnirin tarixində ən çox qol vuran futbolçu kimi şəxsi rekordunu yeniləyib.
26 yaşlı forvard noyabrın 14-də Uelsə qarşı keçirilən ev oyununda (3:1) penaltini dəqiq yerinə yetirərək turnirdəki ümumi qol sayını 23-ə çatdırıb. Onun ən yaxın izləyiciləri isə hərəyə 15 qolla serbiyalı Aleksandr Mitroviç və portuqaliyalı Kriştianu Ronaldudur.
Bu qol norveçli futbolçunun milli komandada keçirdiyi 60-cı oyunda 66-cı qolu olub. O, Norveç yığmasının tarixində ən məhsuldar futbolçu hesab olunur.
Qeyd edək ki, 5 turdan sonra 6 xal toplayan Norveç millisi qrup mərhələsində son oyununu noyabrın 17-də Danimarkaya qarşı səfərdə keçirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan batut gimnastikası tarixində ilk bürünc medal
"Milan"ın sahibi klubu satmağı düşünmür
Erlinq Holann öz rekordunu yenilədi
Xviça Kvaratsxeliya və Dembele ilə müqavilə danışıqları sona yaxınlaşır
300 min dollarlıq brilyant qəza zamanı yoxa çıxdı
Əmrə Belezoğlu Arda turandan onu istəyir
Əfsanəvi futbolçu Ronaldinyo yenidən meydanda