17.11.2026 - 10:34
O, futbolda mənim hekayəmi dəyişdirdi
İdman 218 baxış

O, futbolda mənim hekayəmi dəyişdirdi

Braziliya millisinin hücumçusu Vinisius Junior, milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə münasibətindən bəhs edib. Futbolçu, Ançelottinin rəhbərliyi altında “Real Madrid”də də oynayıb.

Publika.az-ın məlumatına görə, Vinisius “Globo”ya verdiyi açıqlamada Ançelottiyə xüsusi sevgi bəslədiyini ifadə edib:

“Ona həmişə böyük sevgi bəsləmişəm. O, həm “Real Madrid”də, həm də ümumiyyətlə futbolda mənim hekayəmi dəyişdirdi. O, həmişə məni qoruyub və mənə ən dəyərli məsləhətləri verib. Onun milli komandaya rəhbərlik edə biləcəyini eşidəndə çox sevindim, çünki statistikamın yaxşılaşacağını bilirdim. Onun rəhbərliyi altında artıq 10 qol vurmuşam, halbuki əvvəllər cəmi altı qol vurmuşdum.

Qısa müddət ərzində daha az səhv etməli və mümkün qədər səmərəli hərəkət etməliyik. Şübhəsiz ki, o, optimal heyətimizi və ideal quruluşumuzu seçəcək ki, braziliyalıların oynamalı olduğu kimi oynayaq”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: