27.09.2026 - 09:37
"Mançester Siti"ni Premyer Liqadan kənarlaşdırma təhlükəsi
İdman 323 baxış

"Mançester Siti"ninin başı dərddə - ŞOK

“Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarını pozmaqda ittiham edilir və bu, klub üçün ciddi nəticələr doğura bilər. İddialara görə, klub 2009-2018-ci illər arasında bir sıra maliyyə pozuntuları törədib.

Minval.info xəbər verir ki, jurnalist Ben Ceykobs bu barədə özünün “YouTube” kanalında danışıb. O, “Mançester Siti”nin Premyer Liqadan kənarlaşdırılması halında EFL-nin də bu qərarı dəstəkləyə biləcəyini açıqlayıb.

Ən pis ssenaridə isə klubun futboldan tamamilə uzaqlaşdırılması ehtimalı var. Lakin bu, hələ ki, hüquqi bir ehtimaldır və konkret cəza ilə bağlı hələ dəqiq bir qərar verilmiş deyil.

Qeyd edək ki, EFL İngiltərənin Çempionşip, Liqa 1 və Liqa 2 divizionlarını əhatə edir. “Mançester Siti”yə qarşı 115 ittiham irəli sürülüb ki, bunlar arasında maliyyə məlumatlarının təqdim edilməsi, oyunçulara və məşqçilərə ödənişlər, UEFA-nın Maliyyə Ədalətli Oyunu qaydalarına riayət və digər məsələlər yer alır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: