15.11.2026 - 11:24
Xviça Kvaratsxeliya və Dembele ilə müqavilə danışıqları sona yaxınlaşır
İdman 313 baxış

Xviça Kvaratsxeliya və Dembele ilə müqavilə danışıqları sona yaxınlaşır

Publika.az-ın “Le Parisien” nəşrinə istinadən verdiyi məlumata görə, PSJ klubu bir neçə oyunçunun müqaviləsini uzatmaq üçün çalışır. Bu sırada Xviça Kvaratsxeliya və Usman Dembele ilə aparılan danışıqlar artıq son mərhələyə çatıb. Hər iki futbolçunun müqavilə detalları üzərində razılıq əldə olunub.

Bununla yanaşı, PSJ müdafiəçi Markinyosun gələcəyini də diqqətdə saxlayır. Mənbənin bildirdiyinə görə, Liqa 1-in nəhəngi braziliyalı oyunçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Bu istiqamətdə artıq 32 yaşlı futbolçunun nümayəndələri ilə müzakirələr aparılıb.

Qeyd edək ki, PSJ-nin kapitanı olan Markinyosun hazırkı müqaviləsi 2027/2028 mövsümünün sonuna qədər qüvvədədir. Bu səbəbdən klub onunla uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: