300 min dollarlıq brilyant qəza zamanı yoxa çıxdı
Formula-1 yarışlarının tarixində hələ də cavabsız qalan hadisələrdən biri 2004-cü ildə Monako Qran-prisində baş verib. “Jaguar” komandasının bolidinə yerləşdirilən 300 min dollar dəyərindəki brilyant qəza nəticəsində yoxa çıxıb. Publika.az xəbər verir ki, hadisənin detalları BBC tərəfindən araşdırılıb.
Brilyantın bolidə yerləşdirilməsi idman uğurlarından çox reklam məqsədi daşıyırdı. “Jaguar” komandası 2000-ci ildən Formula-1-də iştirak etsə də, uğur qazana bilmirdi. 2004-cü ildə “Ford” şirkəti komandanı çempionatdan çıxarmaq qərarına gəldiyi üçün diqqətçəkən reklam kampaniyasına ehtiyac yaranmışdı.
Qəza brilyantı yoxa çıxardı
Brilyantlardan biri Mark Uebberin, digəri isə Kristian Klayenin bolidinə bərkidilmişdi. Klayen yarışın ilk dövrəsində qəza edərək bolidə nəzarəti itirib və nəticədə brilyantın olduğu hissə zədələnib. Pilot xəsarət almadan çıxa bilsə də, qiymətli daş tapılmayıb.
Brilyantın taleyi ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb. Bəzi iddialara görə, daş əslində brilyant deyilmiş və ya qəza yerindəki kimsə tərəfindən götürülüb. Komanda rəhbərləri isə brilyantın həqiqi olduğuna inanırlar. Əlavə olaraq, brilyantın parçalanaraq itməsi də ehtimallar arasındadır.
Hadisədən sonra brilyantın taleyi ilə bağlı heç bir dəqiq məlumat əldə edilməyib və əslində nə baş verdiyi hələ də sirr olaraq qalır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əmrə Belezoğlu Arda turandan onu istəyir
Əfsanəvi futbolçu Ronaldinyo yenidən meydanda
Nurmaqomedovun həbsxanadakı saxlanma şəraiti məlum oldu
“Real”dan “Bayern”ə transfer həmləsi: Mbappe Oliseni razı salır
"Mançester Yunayted"in baş məşqçisi Maurisio Poçettino təyin edildi
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala yüksəldi
Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı