Mançester Siti qayda pozuntuları səbəbindən cəzalandırıla bilər
İngiltərə futbolunun nəhəng klubu “Mançester Siti” 114 qayda pozuntusu ilə əlaqədar ciddi cəzalarla üzləşə bilər. Bu cəzalar arasında titulların geri alınması və klubun aşağı liqaya salınması da nəzərdə tutulur.
Minval.info xəbər verir ki, bu hadisə bukmekerlər arasında da böyük rezonans doğurub. Artıq “Mançester Siti”nin Premyer Liqadan düşmə ehtimalları yenidən qiymətləndirilib. Komissiyanın qərarından sonra “Mançester Siti”nin çempionluq ehtimalı 2,75-dən 4,35-ə yüksəlib, “Arsenal”ın isə qalib gəlmə şansı 2,10-dan 1,50-yə enib.
Klubun yüksək liqadan düşmə ehtimalı əvvəllər 16.00 əmsalı ilə qiymətləndirilirdisə, indi bu rəqəm 4.00-a enib. Erlinq Halandın “Mançester Siti”dən ayrılması halında isə mərc əmsalı 11.00-a qədər artacaq. Əgər klub növbəti mövsüm Liqa 1-də çıxış edərsə, bu əmsal 34.00-a çatacaq.
Bu vəziyyətin dərhal Premyer Liqadan kənarlaşdırılma və lisenziyanın itirilməsi ilə nəticələnmə ehtimalı aşağıdır. Lakin xalların silinməsi mümkündür. Mütəxəssislər cəzanın 30 ilə 100 xal arasında dəyişəcəyini proqnozlaşdırırlar ki, bu da “Siti”nin Çempionşipə düşmə təhlükəsini artırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FIFA qadınlar üçün Klub Dünya Kubokunu ABŞ-da keçirməyi planlaşdırır
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi var
AFCON 2027: Şərqi Afrika turnirə hazırlaşır
Boşanan dünya çempionu medallarını sataraq müflislikdən çıxmağa çalışır
Okan Buruk rusiyalı futbolçu Batrakovu irəli mövqedə sınaqdan keçirəcək
Tamerlan Əzizov ATP reytinqinə ilk dəfə daxil olaraq tarix yazdı