Makronu şillələyən şəxs həbs olundu
Ten-d’Ermitaj kommunasında vətəndaşlarla görüşən Fransa Prezidenti Emmanuel Makrona şillə vuran Sen-Valye şəhərinin sakini Damyen Tarel məhkəmənin qərarı ilə dörd ay müddətinə həbsə məhkum edilib və iki illik şərti cəza alıb.
Bu barədə “Qafqazinfo” “gazeta.ru”ya istinadən xəbər verir.
Bu iki il ərzində o, işləməli və ya təlim keçməli, həmçinin psixoloji yardım almalıdır. Həmin müddət ərzində məhkum heç bir yeni qanun pozuntusu törətməməlidir.
Həmçinin o, beş il müddətinə silah sahibi olmaq hüququndan məhrum edilib və hər hansı dövlət vəzifəsini tuta bilməz. Bundan başqa, Tarelin mülki hüquqları üç il müddətinə məhdudlaşdırılacaq.
28 yaşlı vətəndaş daha əvvəl cinayət məsuliyyətinə cəlb olunmayıb. Tarelin sözlərinə görə, o, səkkiz il ali təhsilini bitirdikdən sonra ümumilikdə 2 ilə yaxın işləyib.
https://youtu.be/sHQLz9v32pw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!