Makrondan Rusiyaya ağır ittiham
Fransa prezidenti Emmanuel Makron Rusiyanı ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.
“Exo Moskvı” radiosunun məlumatına görə, o, Rusiya media strukturlarının sosial şəbəkələrdə akkauntları satın aldığını, Fransadakı siyasi proseslərə müdaxilə etdiyini və “sarı jiletlər”in aksiyalarına təhrikverici qüvvə rolunda çıxış etdiyini düşünür.
Bildirilir ki, Makron öz iqamətgahında Fransanın aparıcı KİV-lərinin jurnalistlərini qəbul edib və daxili siyasi proseslərə dair fikirlərini açıqlayıb.
Fransa prezidenti əmin olduğunu bildirib ki, “RussiaToday” və “Sputnik” kimi media resursları sosial şəbəkələrdə akkauntları alır və sonra onların vasitəsi ilə təhlükəli siyasi müzakirə mövzularını ortaya atır.
“Baxın dekabrdan etibarən nələr baş verir: internet müzakirələrinin təşəbbüskarı artıq Fransanın BFM telekanalı deyil, RussiaToday-dir”, – deyə o vurğulayıb.
Fransa prezidentinin bu fikirləri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi artıq Fransanın Moskvadakı səfirliyinə etiraz notası göndərib.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!