Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb
Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün magistraturaya qəbul elan edib.
Mərkəzdən Minval.info-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilib.
Bakalavrlar fevralın 1-dən 10-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər. Qeydiyyat səhifəsi göstərilən tarixlərdə aktiv ediləcək.
Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?