03.08.2026 - 12:42
Təhsil 13 baxış

Magistraturaya qəbul olanlar üçün kritik xəbərdarlıq: Qeydiyyat zamanı bu detallara diqqət edin!

Magistratura təhsilinə qəbul olan bakalavrlar üçün qeydiyyat prosesi yalnız my.gov.az portalı vasitəsilə həyata keçiriləcək. Bu proses, Elm və Təhsil Nazirliyinin təqdim etdiyi xidmətlə, rəqəmsal platformada asanlıqla tamamlanacaq.

Minval.info xəbər verir ki, bakalavrlar 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün mygov ID istifadə edərək şəxsi kabinetə daxil olmaq və “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin təqdim etdiyi “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçmək lazımdır.

Qeydiyyat zamanı tələbələr şəxsi və qəbul məlumatlarını təsdiqləyərək müraciətlərini göndərə bilərlər. Müraciətlərin statusunu real vaxt rejimində izləmək mümkündür. Əgər müraciət “Ödəniş gözlənilir” statusundadırsa, təhsil haqqını “Onlayn ödə” funksiyası ilə ödəmək və ya “Qəbzi yüklə” seçimi ilə təsdiq sənədini sistemə əlavə etmək mümkündür.

Təhsil müəssisəsi tərəfindən müraciət təsdiqləndikdən sonra bakalavrlar magistr tələbəsi kimi rəsmiləşdirilir və bu barədə bildiriş “mygov” platforması üzərindən göndərilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: