Magistraturaya qəbul: Boş yerlərin nəticələri açıqlandı
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri üzrə müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak etmək üçün 1457 bakalavr müraciət edib və nəticədə 508 nəfər, o cümlədən 82 nəfər dövlət sifarişi əsasında magistraturaya qəbul olunub.
Minval.info xəbər verir ki, bakalavrlar müsabiqənin nəticələrini mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.
Qeydiyyat 3 sentyabr saat 15:00-dan 9 sentyabr saat 18:00-dək davam edəcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?