03.09.2026 - 14:09
Təhsil 15 baxış

Magistraturada 949 yer niyə boş qaldı?

Ali təhsil müəssisələrinin magistratura səviyyəsində boş qalan yerlərin müsabiqə nəticələrinə əsasən, iştirak edən 1457 bakalavrdan yalnız 508 nəfəri qəbul olunub.

Minval.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu il magistraturaya ümumilikdə 13 516 nəfərin qəbul olunduğunu bildirib. Onlardan 6579-u dövlət sifarişi əsasında qəbul edilib.

M.Abbaszadə qeyd edib ki, magistraturaya qəbul 67 proqram üzrə aparılıb və bəzi proqramlarda müsabiqə vəziyyəti fərqli olub. Məsələn, maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi və digər bəzi proqramlar üzrə yerlər tam dolub, lakin mədən mühəndisliyi, tərcümə və digər sahələrdə yerlərin yarısı və ya daha çoxu boş qalıb.

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, boş qalan yerlər ölkədə magistratura təhsilinə yanaşmada problemlərin olduğunu göstərir. DİM-in qəbul imtahanı suallarının tərkibi və bəzi ali təhsil müəssisələrinin şəraiti bu vəziyyətə təsir edir. Ekspert, həmçinin, magistratura üzrə plan yerlərinin və qəbul imtahanı suallarının yenidən nəzərdən keçirilməsini təklif edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: