Maduro 1 milyard avro ayırdı – Xalqın könlünü almaq üçün
Hakimiyyətini itirməkdə olan Venesuela prezidenti Nikolas Maduro xalqın könlünü almaq qərarına gəlib.
Dövlət başçısı son açıqlamasında ölkədəki yeni abadlıq işləri üçün 1 milyard avro ayrılacağını deyib.
Bizimyol.info xəbər verir ki, Maduro bu haqda “Twitter”dəki səhifəsində yazıb. Prezident abadlaşdırılacaq 62 şəhərin siyahısını da verib.
Maduro bu işə ad da tapıb. İşlər “Gözəl Venesuela” proqramı çərçivəsində həyata keçiriləcək. Maduro bununla həm də Venesuela şəhərlərini Latın Amerikasında ən gözəl etmək istədiklərini bildirib.
Prezident işləri yüksək səviyyədə edəcəklərini söyləyib. İlkin mərhələdə abadlıq işlərinə 100 milyon avro ayrılır.

Maduronun bu layihəni ölkədəki vəziyyətə görə ortaya atdığı sirr deyil. Venesuelada faktiki inqilab olub və müxalifət lideri Xuan Quaydo özünü prezident elan edib.

Hətta dünən axşam ABŞ prezidenti Donald Tramp ona prezidentliyə başlaması münasibəti ilə təbrik mesajı da göndərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!
