Məzunu olduğu məktəbdən kompüter oğurlayan şəxs tutuldu - VİDEO
Orta məktəbdən kompüter oğurlayan şəxs tutuldu
Abşeron rayonu Saray qəsəbəsində oğurluq faktı qeydə alınıb.
Minval.İnfo xəbər verir ki, fevralın 23-də qəsəbədə fəaliyyət göstərən 3 saylı orta məktəbin direktoru Təyyubə Hüseynova Rayon Polis İdarəsinə müraciət edərək təhsil ocağından oğurluq edildiyini bildirib.
İddiaya görə, naməlum şəxs fevralın 22-i məktəbə pəncərədən daxil olaraq, oradan 6200 manatlıq 12 ədəd kompüter oğurlayıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Saray qəsəbəsi sakini Roman Qafarov saxlanılıb. Məlum olub ki, o, oğurluq etdiyi məktəbin məzunu olub.
Roman Qafarov – Saxlanılan şəxs: “3 nömrəli məktəbdən kompüter götürüb satanda tutdular”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir