10.02.2019 - 15:49
Dünya
20 baxış
Məşhur uyğur şairi Çin türməsində dünyasını dəyişdi
Çində həbsxanalardan birində məşhur uyğur şairi və insan haqların uğrunda mübariz Əbdürrəhim Heyit dünyasını dəyişib.
Minval.info BBC-yə istinadən xəbər verir ki, uyğur türklərinin nümayəndəsi Hamik Aksoyun sözlərinə görə, Heyit ikinci il idi ki, həbsdə idi. Çin hakimiyyəti onu son bəstəsinə görə 8 il müddətinə azadlıqdan məhrum etmişdi. “Biz Çin tərəfindən rəsmi məlumat gözləyirik”, – Aksoy bildirib.
Bəzi mənbələrin bildirdiyinə görə, Əbdürrəhim Heyitin ölümünə işgəncələr səbəb olub.
Türkiyə XİN Çin hökumətini uyğurların hüquqlarının pozulmasına görə ittiham edib və şairin taleyi ilə bağlı ən qısa zamanda byanat verilməsini istəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
19.09.2026 - 12:30
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
19.09.2026 - 11:41
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
19.09.2026 - 11:20
Nobel mükafatının məbləği rekord həddə çatdı
19.09.2026 - 09:14
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
18.09.2026 - 23:26
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
18.09.2026 - 19:35
Qızılın qiyməti yenidən yüksəlir!
18.09.2026 - 16:40
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
18.09.2026 - 13:31