Məktəblilərin yaz tətilinin vaxtı dəyişdi: Sabahdan...
Sabahdan – mayın 1-dən Azərbaycanın ümumtəhsil məktəblərində ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətil başlayır.
Tətil mayın 5-də başa çatacaq. İbtidai siniflər üçün dərslər mayın 6-da başlayacaq.
Xatırladaq ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib. Yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 – 5 maydakı yaz tətilinin 24 – 30 aprelə keçirilməsi, 5 – 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil — 15 sentyabr-26 yanvar; ikinci yarımil — 1 fevral-14 iyun.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.(report)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?