Məktəbli yarmarkaları: qiymətlər də aşağıdır, alıcılıq qabiliyyəti də - VİDEO
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. İndi məktəbli övladı olan hər bir valideyn məktəb ləvazimatı almağa çalışır.
Hazırda alıcılar mağazalardan daha çox, metro stansiyalarının giriş-çıxışlarında təşkil edilmiş satış yarmarkalarına üz tuturlar.
Yarmarka çadırları Bakı Metropoliteninin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığı daxil olmaqla, ümumilikdə 12 yerdə quraşdırılıb.
Baku TV əməkdaşları bir neçə yarmarkaya üz tutub.
Satıcılar deyir ki, hazırda alıcılıq qabiliyyəti aşağıdır, məktəblərin açılmasına bir neçə gün qalmış müştərilərin sayı daha çox olur.
Yarmarkalarda ucuzluq olduğu deyilir.
Burada dəftərlərin qiyməti 10 qəpik – 1 manat, qələmlərin qiyməti isə 10 qəpik – 2 manat arasında dəyişir.
Satıcılar bildirir ki, böyük siniflərlə müqayisədə 1 və 2-ci sinif şagirdləri üçün daha çox alış-veriş edilir.
Alıcılar da qiymətlərdən razı olduqlarını bildirirlər.
Qeyd edək ki, məktəbli yarmarkaları Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən təşkil edilib.
https://www.youtube.com/watch?v=ciTX5ZPxBbE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda müəllimlərə maaşla bağlı ŞAD XƏBƏR
Gələn il bu universitetlərdə tələbə qəbulu azala bilər - Nazir açıqladı
Müəllimlər axşam saat 6-ya kimi məktəbdə qalacaq
Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı
İmtahan qabağı abituriyentlərə vacib məsləhətlər - Bunlara əməl edin