Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Yeni tədris ilinin başlamasına az qalmış, məktəbli kitabçalarının vahid formada olmaması valideynlər və sahibkarlar arasında narazılığa səbəb olur. Müxtəlif nəşriyyatların hazırladığı kitabçalar dərs ilinin əvvəlində alınsa da, bəzi məktəblər və siniflər fərqli kitabçalar tələb edir. Bu vəziyyət, həm valideynlər, həm də məktəbli ləvazimatları satan sahibkarlar üçün çətinlik yaradır.
Minval.info xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) bu məsələyə aydınlıq gətirib. Agentlikdən bildirilib ki, ümumi təhsil müəssisələrində hər hansı nəşriyyatın hazırladığı məktəbli kitabçasından istifadəyə dair vahid tələb və ya tövsiyə yoxdur. Məktəbli kitabçasının əldə edilməsi müəllim və valideynlərin qarşılıqlı razılığı əsasında qəbul edilə bilər. Bununla yanaşı, məktəb və ya müəllim tərəfindən şagirdlərdən məktəbli kitabçasının alınmasının tələb edilməsi yolverilməzdir.
Agentlik əlavə edib ki, təhsil prosesinin rəqəmsallaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Ümumi təhsil müəssisələrində elektron jurnal və elektron gündəliklərdən istifadənin genişləndirilməsi, eləcə də təhsilalanlar, valideynlər və təhsilverənlər üçün rəqəmsal imkanların artırılması istiqamətində işlər görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?