Məktəbli formalarının qiymətində dəyişiklik olacaqmı? - RƏSMİ
“Məktəbli formaları ilə bağlı bizə hər hansı bir göstəriş olmayıb, amma tikiş işlərinə başlanılıb”.
Bunu “MediaPost”a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, hazırda məktəbli formalarının hansı ölçüləri yoxdursa, onlar tikilir:
“Bizdə işlər ilboyu dayanmadan gedir. Camaat da gəlir alır. Bu, mövsümi xarakterli bir iş deyil. Satış həmişəki kimi ənənəvi qaydada həyata keçirilir.
Hansı çox və ya az satılacaq bilmirik, amma ölçüləri az qalan formalardan dərhal tikib hazırlayırıq. İndi elə böyük bir satış yoxdur. Hər kəs gözləyirdi ki, məktəblərlə bağlı qərar verilsin, ondan sonra forma alsın”.
E.Əliyev formaların qiymətində hər hansı bir dəyişiklik olmadığını söyləyib:
“Ümumiyyətlə, 2017-ci ildən bəri qiymətlər eynidir:
Köynək – 8 manat,
Şalvar – 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat,
Pencək – 25 manat,
Yubka – I-VI sinif şagirdləri üçün 15 manat, böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat,
Jilet – 8 manat”.
E.Əliyev həmçinin yeni məktəbli formalarının təsdiqlənmədiyini, bu vaxta qədər satışda olan formalardan tikildiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?