Məktəblərdə təhsil işçilərinin yenidən səyyar vaksinasiyası başlayıb

Ümumi təhsil müəssisələrində təhsil işçiləri üçün yenidən səyyar vaksinasiyaya başlanılıb.
“MİNVAL.İNFO” xəbər verir ki, Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə olaraq Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçilərinin vaksinasiyasını həyata keçirir.
Tədbirdə iştirak edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, səyyar vaksinasiya məntəqələrinin sayının artırılmasında məqsəd təhsil işçilərinin vaksinasiya prosesinin sürətləndirilməsidir. Bəzi hallarda peyvənd məntəqələrində sıxlıq müşahidə edilir. Bununla bağlı Bakıda insanların sıx yaşadığı yerlərdə təhsil işçiləri üçün 5 peyvənd məntəqəsi yaratmışıq”.
O xatırladıb ki, təhsil işçilərinin təxminən 82-83 faizdən çoxu peyvənd olunub: “Bu həftələrdə proses daha da sürətli gedir. Ümid edirəm ki, növbəti həftələrdə vaksinasiya olunan təhsil işçilərinin sayı daha da artacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!
Magistraturada 949 yer niyə boş qaldı?