Məktəblərdə “Bilik günü” qeyd edilməyəcək - SƏBƏBİNİ nazirlik açıqladı
Təhsil Nazirliyi bu il 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərin birinci sinfinə gedəcək şagirdləri üçün “Bilik Günü”nün sentyabrın 15-də və ya 17-də keçiriləcəyi ilə bağlı valideynlər arasında yaranan anlaşılmazlıqlara aydınlıq gətirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, sentyabrın 17-də məktəblərdə “Bilik Günü” qeyd edilməməlidir.
Onun sözlərinə görə, təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bütün orta məktəblərdə “Bilik Günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla sentyabrın 15-də keçirilməlidir.
C.Valehov əlavə edib ki, 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdləri həmin gündə məktəbə gələrək müəllimləri ilə görüşə, sinif otaqları, dərs cədvəli ilə tanış ola bilərlər.
C.Valehov həmin məktəb və siniflərdə ilk dərs gününün sentyabrın 17-də olacağını da açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!
Magistraturada 949 yer niyə boş qaldı?