Məktəblər ilin sonunadək bağlı qalacaq?
Məktəblərin yenidən əyani təhsilə keçəcəyi tarix böyük maraqla gözlənilir. Yoluxma sayı azalmağa doğru gedərsə, məktəblərin yenidən açılacağı mövzusu valideynləri maraqlandıran əsas məsələrdən biridir.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə gedən müzakirələr zamanı məktəblərin yay tətilindən sonra açılacağı iddia edilib.
İddialara Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov münasibət bildirib: “Bəzən media qurumlarında görürük ki, ilin sonuna qədər məktəblər bağlı qalacaq. Bu, belə deyil. Növbəti müddət ərzində yoluxmanın statistik göstəricilərinə uyğun olaraq müvafiq qərarlar verilə bilər”.
C.Valehov əlavə edib ki, əgər digər bölgələrdə də müvafiq olaraq hər hansı yoluxma hallarının daha çox olduğu müşahidə edilərsə, distant təhsilə keçməklə bağlı qərarlar həmin təhsil müəssisələri üçün də verilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?