Məktəb ölən şagirdlə bağlı məlumat yaydı
Gəncə şəhər M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəb təhsil ocağında ölən şagirdlə bağlı məlumat yayıb.
Məlumatı olduğu kimi təqdim edirik:
“Gəncə şəhər M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Xədicə Hətəmlinin bu gün 12:30 radələrində halı pisləşib və qıcolma keçirib.
Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub.
Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş.
Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbir diləyirik”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?