Məhkəmə qalmaqallı kosmetoloq Elnarə Rzayeva barədə son qərarını verdi – FOTOLAR
Adı müştəriləri ilə qalmaqalda hallanan kosmetoloq Elnarə Rzayeva barəsində məhkəmə qərar verdi.
Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyev E.Rzayevanın iddiaçılara külli miqdarda təzminat ödəməsi barədə qərar çıxarıb.
İddiaya görə, E.Rzayeva bir müddət öncə gözəllik mərkəzlərindən birinin sahibəsi Nigar Məmmədova və onun bacısı Rəna Sultanova barədə sosial şəbəkələrdə təhqiramiz sözlər yazıb, onlara qarşı böhtan xarakterli müxtəlif ifadələr işlətmişdi.

Rəna Sultanova
Buna görə də bacılar Nizami rayon Məhkəməsində E.Rzayevaya qarşı şərəf, ləyəqat və işgüzar nüfuzu ləkləyən məlumatların təkzib edilməsi və 50 min manat təzminat ödənilməsi ilə bağlı iddia qaldırıb.

İddiaçılar məhkəmədə bildirib ki, E.Rzayeva onaların əl işlərini öz səhifəsində paylaşmışdı. Ondan tələb edilib ki, həmin şəkilləri oradan götürsün. Bundan sonra E.Rzayeva bacıların şəkillərini sosial şəbəkələrdə paylaşıb, təhqirlər yazıb. Hətta canlı yayım vasitəsilə sahibi olduğu gözəllik mərkəzinin işçilərinə böhtan atıb, müştərilərə tətbiq edilən preparatların keyfiyyətsiz olduğunu iddia edib.
Məhkəmə iddianı qismən təmin edib. Qərara əsasən E.Rzayeva sosial şəbəkələrdə iddiaçılardan üzr istəməli və 10 000 manat təzminat ödəməlidir.
Yada salaq ki, son günlər Elnarə Rzayevanın prosedurları nəticəsində ziyan görmüş insanların sayı artmaqdadır. E.Rzayevanın prosedurlarından zərər görmüş Validə Rzayeva, Aygün Məmmədova, G.O-ova, Xatirə Fərzullayeanın şikayətləri əsasında hüquq mühafizə orqanlarında araşdırma gedir. (Criminalaz)
Minval.İnfo


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirliyin dərsliyində rüsvayçılıq: Şəhid Mübariz haqqında biabırçı hekayə
Xalqın bank kartlarını talayan 3 nəfər tutuldu, amma TALAN davam edir
Son zamanlar uşaqlar arasında yayılan qan xəstəliyi necə başlayır - Açıqlama
İcra başçısı Dilqəm Əsgərovun oğlu ilə görüşdü - Foto
Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı
