Azərbaycan şagirdlərinin riyazi savadlılıq problemi: PİSA nəticələri açıqlandı
Azərbaycanlı şagirdlər riyazi məsələlərin şərhində çətinliklərlə üzləşirlər. Bu barədə PİSA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
Minval.info xəbər verir ki, nazir PİSA qiymətləndirmə sistemində istifadə olunan balların qəbul imtahanlarında tətbiq edilən qiymətləndirmə sistemi ilə fərqli olduğunu vurğulayıb. Onun sözlərinə görə, PİSA sistemində 500 bal orta səviyyəli nəticə hesab olunur, 400 bal isə bu göstəricidən aşağı qiymətləndirilir.
Emin Əmrullayev bildirib ki, Azərbaycanın riyazi savadlılıq üzrə PİSA nəticələrindəki mövqeyi 49-cudur. O, həmçinin qeyd edib ki, Bakı şəhərinin riyazi savadlılıq üzrə nəticələri inkişaf etmiş şəhərlərin göstəricilərindən daha yüksək olub. Bu nailiyyətin əldə olunmasında riyaziyyat fənninə son vaxtlar göstərilən diqqətin və riyaziyyat müəllimlərinin xüsusi rolunun olduğunu bildirib.
ƏLAQƏLİ
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azad edilmiş ərazilərdə torpaq paylanması: hər ailəyə neçə hektar veriləcək?
ADSEA daşqın və sel sularından mühafizə işlərini davam etdirir
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi
Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib