İrandan PUA ilə narkotik keçirməyə cəhd ifşa edildi
Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə narkotik maddələrin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.
Minval.info xəbər verir ki, saat 01:30-da İrandan Azərbaycana PUA vasitəsilə 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, saat 04:10-da isə paraplan vasitəsilə 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?