Bərdədə içməli su təchizatında ciddi problemlər yaranıb
Bərdə rayonunda bəzi ərazilərdə içməli su təminatında çətinliklər yaranıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilir ki, bölgədə yağan yağış və güclü külək nəticəsində Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Mərkəzi su anbarını qidalandıran subartezian nasoslarının elektrik enerjisi ilə təminatını həyata keçirən xətlərdə nasazlıq yaranıb. Bu səbəbdən Mərkəzi su anbarının su ilə doldurulmasında çətinliklər müşahidə olunur.
Minval.info xəbər verir ki, yaranmış nasazlıq səbəbindən anbardan su götürən bəzi ərazilərin içməli su təminatında fasilələr yaranıb. Hazırda Füzuli, M. Rəsulzadə, Üzeyir Hacıbəyov küçələrinin 1, 2, 3, 4, 6 və 43-cü məhəllələri, Heydər Əliyev prospekti, Bakı, İsmət Qayıbov, Sabir, Nüşabə, Cəlil Məmmədquluzadə, Həzi Aslanov, M.F. Axundov, Koroğlu, Gəncə, Vaqif, Babək və Bakıxanov küçələrinin su təminatında çətinliklər müşahidə olunur.
Nasazlığın aradan qaldırılması və Mərkəzi su anbarının su ilə doldurulmasının bərpası istiqamətində zəruri tədbirlər görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan İnvestisiya Holdinqində rəhbərlikdə dəyişiklik!
Azərbaycan PISA 2025-də bütün ölkə üzrə iştirak edir
Zığ yolunda sürət həddi əvvəlki vəziyyətindədir
Bakıda turistə "Lamborghini" sürprizi: Şirkətdən açıqlama
Bakıda leysan və şimşək təhlükəsi yaxınlaşır
Güclü külək Bakıda dörd nəfəri xəsarət aldı
Məktəblərdə təmir işləri sürətlə tamamlanır