Azərbaycanda 15 yaşlı qızlar oxuda oğlanları keçdi
Azərbaycanda ilk dəfə olaraq 15 yaşlı qızların oxu üzrə nəticələri oğlanları qabaqlayıb. Bu barədə məlumatı elm və təhsil naziri Emin Əmrullayev PISA 2025-Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinə dair təqdimatda bildirib.
Minval.info xəbər verir ki, nazir dünyada və bir çox inkişaf etmiş ölkələrdə oxu üzrə qızların nəticələrinin adətən oğlanlardan daha yüksək olduğunu qeyd edib. Lakin Azərbaycanda bu il ilk dəfə belə bir vəziyyət müşahidə olunur. Emin Əmrullayevin sözlərinə görə, bu nəticə sadəcə statistik göstərici kimi qəbul edilməməli, səbəbləri ayrıca araşdırılmalıdır. O, bu nəticənin valideynlər, məktəblər və ümumilikdə oğlanların təhsili və təlimi ilə bağlı düşünməli olduğumuz məsələlərdən biri olduğunu vurğulayıb.
Nazir əlavə edib ki, oğlanların oxu və öyrənmə nəticələrinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır.
ƏLAQƏLİ
Azərbaycan şagirdlərinin riyazi savadlılıq problemi: PİSA nəticələri açıqlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan PISA-da riyazi savadlılıqda 49-cu yerdədir
Bərdədə içməli su təchizatında ciddi problemlər yaranıb
Azərbaycan İnvestisiya Holdinqində rəhbərlikdə dəyişiklik!
Azərbaycan PISA 2025-də bütün ölkə üzrə iştirak edir
Zığ yolunda sürət həddi əvvəlki vəziyyətindədir
Bakıda turistə "Lamborghini" sürprizi: Şirkətdən açıqlama