Məhəmməd peyğəmbəri təhqir edən qadın edamdan canını qurtardı
Pakistan məhkəməsi 2010-cu ildə edama məhkum edilən Asiya Bibi adlı xristian qadına bəraət verib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Bibi Məhəmməd peyğəmbəri təhqir etməkdə ittiham olunurdu. O, 2010-cu ildə həbs edilib və barəsində edam cəzası çıxarılıb.
2009-cu ildə Bibi müsəlman qadınlarla birlikdə meyvə yığan zaman mübahisə yaşayıb. Müsəlman qadınlar onun su içdiyi qabdan istifadəni günah adlandırıb. Asiya isə buna cavabında peyğəmbəri təhqir edib.
Asiya kənd camaatı tərəfindən döyülən zaman günahını etiraf edib.
Edam cəzasını ləğv edən hakimlər bildiriblər ki, Asiya Bibinin günahkar olduğu sübut edilməyib.
Onların sözlərinə görə, iş uydurma sübutlar əsasında aparılıb. Qadın isə onu döyən kütlənin təzyiqi ilə bu əməli boynuna alıb.
Qeyd edək ki, dörd uşaq anası olan Asiya Bibi Pakistanda islam qanunları ilə edama məhkum edilən ilk qadın olub. Asiyanın işi Pencab vilayətinin qubernatoru Salman Taresin öldürülməsindən sonra daha böyük rezonans doğurub. Tares qadının bəraət almasını məhkəmədən istəmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!