21.06.2018 - 20:20
Ölkə
14 baxış
Məcburi köçkünlərə şad xəbər - RƏSMİ
Sumqayıt şəhərində yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti işləri aparılır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Minval.İnfo-ya verilən məlumata görə, bu məqsədlə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 ha torpaq sahəsində, birinci mərhələdə, daha ağır şəraitdə yaşayan 1000 ailə üçün 24 ədəd 7 mərtəbəli binadan ibarət yaşayış kompleksi inşa edilir.
Kompleksə 792 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, ikimərtəbəli inzibati bina ( yerli icra strukturları, mənzil-istismar xidməti və s. üçün), həkim məntəqəsi, klub-icma mərkəzi və ATS binası da daxildir. Burada aparılan tikinti işlərinin 2018-ci ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakubus-un ikinci deposu siyahıdan çıxarıldı
10.09.2026 - 09:38
Azərbaycan-Qazaxıstan dəniz marşrutu yenidən bərpa olunur
10.09.2026 - 08:56
Alkoqollu içkilərə yeni gömrük rüsumları tətbiq edildi
10.09.2026 - 08:42
Yandex Ermənistan rəhbərinin Qarabağ bağlantısı ifşa oldu
10.09.2026 - 08:28
Azərbaycan mənzil bazarında 14,5 illik çətinlik
10.09.2026 - 08:07
Qalatasaray Sportinqə məğlub oldu, Liverpul sevindi
10.09.2026 - 08:00
Azerbaijan Open 2026: Bakıda qolf həyəcanı!
09.09.2026 - 22:47
Bayramov və Mirzoyan yenidən görüşə hazırlaşır
09.09.2026 - 22:40