Məcburi köçkün statusu: Kimlər qalacaq, kimlər statusunu itirəcək?
Valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan şəxslərə aylıq müavinətin verilməməsi məsələsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu məsələ yalnız sosial ödənişlərlə məhdudlaşmır, eyni zamanda ailə üzvlərinin sosial təminat hüquqlarına təsiri və hüquqi bərabərlik prinsipi ilə bağlı suallar doğurur.
Minval.info xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bu məsələnin qanunvericilikdə nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bəzi şəxslərdə məcburi köçkün statusunun saxlanılması, bəzilərində isə köçürülmə prosesindən sonra aradan qaldırılması planlaşdırılır. Bu, qanunvericilik çərçivəsində həyata keçirilən bir prosesdir, çünki əbədi məcburi köçkünlük anlayışı mövcud deyil. Torpaqlar azad edildikdən sonra insanlar öz evlərinə qayıdaraq məskunlaşdıqda, onların statusu hüquqi baxımdan yenidən qiymətləndirilməlidir.
Fazil Mustafa əlavə edib ki, bu baxımdan, köçürülmə prosesi ilə yanaşı, şəxslərin məcburi köçkün statusunun qanunvericiliyə uyğun şəkildə müəyyənləşdirilməsi məsələsi də gündəmə gəlir. Dövlət Komitəsi artıq bu istiqamətdə addımlar atmağa başlayıb və məcburi köçkün statusunun gələcəkdə hansı hallarda saxlanılması və hansı hallarda aradan qaldırılması ilə bağlı proseslər həyata keçirilir.
ƏLAQƏLİ
Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlara giriş qadağası gündəmdə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlara giriş qadağası gündəmdə
Albaniya Baş naziri Edi Ramaya Nyu-Yorkda etiraz: yumurta atıldı
Fələstin 28 noyabr seçkiləri üçün qeydiyyatı açdı
Türkiyədə Azərbaycan əleyhinə kampaniyanın iştirakçıları müəyyənləşir
Türkiyədə Azərbaycana qarşı sosial media kampaniyası araşdırılır
Hakan Fidan Nyu-Yorkda bir sıra ölkələrin xarici işlər nazirləri ilə görüşdü
İsraildə Netanyahunun partiyası dəstəyini itirir