Lukaşenko Rusiyanı təhdid etdi

Rusiya və Belarus neft sahəsində vergi manevrləri ilə bağlı təzminatlar barədə razılıq əldə edə bilməsə, Moskva Minskin simasında qərb istiqamətində yeganə müttəfiqini itirə bilər.
Trend-in məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hökumətin iclasında deyib.
A.Lukaşenko bildirib ki, Rusiya ilə razılaşmanın olmaması Belarus üçün faciəyə çevrilməyəcək:
“Əgər Rusiya rəhbərliyi qərb istiqamətində yeganə müttəfiqini itirmək yolunu seçəcəksə, bu, onların seçimidir. Biz onları nəyəsə məcbur edə bilmərik”.
A.Lukaşenko ölkə hökumətini Rusiyanın vergi manevrləri ilə bağlı Belarusun itkilərini kompensasiya etmək üçün etibarlı mənbələr axtarmağa çağırıb. O, əlavə edib ki, əlavə 400 milyon dollar qazanmaq Belarus üçün problem olmayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Taliban” Pəncşirdə hərbi əməliyyat keçirməyə qərar verib
Rusiyada “Lotu Quli”nin silahdaşı həmvətənlisini güllələdi – VİDEO
Rusiya hərbi təyyarələri ilk dəfə Şimali Amerikaya uçdu
"Porsche" 1200-dən çox avtomobili geri çağırdı
Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi - ƏN SON RƏQƏMLƏR
Peruda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı artıb, ölən var
"Pana film" "Kurtlar vadisi"nin geri dönməsi məsələsinə aydınlıq gətirdi