Lotu Qulinin Rusiyadakı sağ əli saxlanıldı – "OĞRU” adı alacaqdı - FOTO, VİDEO
Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı məşhur kriminal avtoritet Rəhman Abdullayev tutulub.
Minval.info Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
O, sahibkarlardan zorla pul tələb etmədə, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.
Məlumata görə, R.Abdullayev Lotu Quli ləqəbli Nadir Səlifovun Cənubi və Şərqi Ural üzrə “valisi” sayılır. Məhz Qulinin adına görə, regionun azərbaycanlı sahibkarları Rəhmana haqq verməyə razı olublar.
Başqa bir məlumata görə, Rəhman Abdullayevə bu yaxınlarda Dubayda “qanuni oğru” adı veriləcəkmiş. Abdullayev bir müddət öncə də saxlanılıbmış. Belə ki, onu kriminal avtoritet Vladimir Puzikovla birgə saxlayıblar. Bu əməliyyat zamanı 90 nəfər saxlanılıb.
2015-ci ildə Abdullayev cinayətkar qrupun üzvləri ilə birlikdə qəsb ehtimalına görə həbs olunub. Onunla birlikdə daha 10 nəfər saxlanılıb. Onların mənzillərində axtarış aparılıb, axtarış nəticəsində revolver, tapançalar, kartriclər və güllələr tapılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Anar Məmmədliyə 13 il həbs cəzası verildi
Bakıda qızını bıçaqlayan qadına şərti cəza
Balakəndə narkotik əməliyyatı: 169 çətənə kolu tapıldı
İsgəndərin itmiş məzarı: Sirli tarixdən izlər
Zərgərlik işçisi 3 kq qızıl oğurladı: Həbs edildi
Bakıda mənzil dələduzu saxlanıldı: 15 min manatlıq fırıldaq!
Anar Məmmədli və Anar Abdullaya ağır cəza


