29.08.2019 - 13:41
Kriminal
29 baxış
“Lotu Quli”nin ad günü məclisinə polis basqın etdi
Ukraynada azərbaycanlı “qanuni oğru” “Quli” ləqəbilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.
Bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin məlumat yayıb.
“Quli”nin tərəfdarları onun doğum gününü qeyd etmək üçün Ukraynanın Xmelniski şəhərində istirahət mərkəzlərinin birində toplaşıblar. Ukrayna polisi bundan xəbər tutan kimi əməliyyat keçirib və “Quli”nin tərəfdarları saxlanılıb.
“Dünən dünyanın müxtəlif ölkələrində “oğru dünyası” son zamanlarda fərqli ölkələrə – Türkiyə, Azərbaycan, BƏƏ-yə getməyə məcbur olan “Quli” ləqəbli “qanuni oğru”nun ad günü qeyd etmək üçün toplaşıb. Bizim ölkəmizdə onlar Xmelniski əyalətindəki istirahət mərkəzinə toplaşmışdılar, ancaq işləri düz gətirmədi…”, – deyə rəis müavini bildirib.
Abroskin daha sonra qeyd edib ki, polislərin bu cür toplantılara müadixələsi ağır cinayətlərin qarşısnı almaq məqsədi daşıyır. Onun sözlərinə görə, belə bir “dostluq görüşü” Gürcüstanda keçirilsəydi, onun iştirakçiları həbsə göndərilərdi.
Qeyd edək ki, dünən “Lotu Quli”nin 47 yaşı tamam olub.
Yenisabah.az


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
31.10.2026 - 12:24
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
31.10.2026 - 10:14
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
30.10.2026 - 16:24
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30.10.2026 - 12:24
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
30.10.2026 - 12:14
Bakıda supermarketdə 100 minlik fırıldaq
29.10.2026 - 15:04
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
29.10.2026 - 13:44
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
28.10.2026 - 15:54
