Londonun ictimai nəqliyyatında zərərli qida məhsullarının reklamı yığışdırılır
Böyük Britaniyanın paytaxtında insan sağlamlığı üçün zərərli qida məhsullarının ictimai nəqliyyat vasitələrində reklamına qoyulan qadağa fevralın 25-də qüvvəyə minib.
AZƏRTAC BBC yayım korporasiyasına istinadla xəbər verir ki, bu həftədən başlayaraq Londonun metro və yerüstü nəqliyyat vasitələrində yüksək şəkərli, duzlu və yağlı qida məhsullarının reklamı yığışdırılacaq. Bundan başqa, şəhərin nəqliyyat idarəsinin nümayəndələri qida məhsulları reklamına nəzarətin də sərtləşəcəyini bildiriblər. 2018-ci ilin may ayında müvafiq təşəbbüsü irəli sürən Britaniya paytaxtının meri Sadiq Xan bu yolla uşaq piylənməsi problemini həll etmək niyyətindədir.
Londonda 10-11 yaşlı uşaqlar arasında artıq çəki problemi 40 faiz təşkil edir ki, bu da Avropa paytaxtları arasında ən yüksək göstəricilərdən biridir.
Piylənmə artıq xeyli müddətdir təkcə Londonda deyil, Birləşmiş Krallığın bütün ərazisində ciddi problemə çevrilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son məruzəsinə əsasən, Böyük Britaniya piylənmədən əziyyət çəkən vətəndaşların sayına görə, Qərbi Avropa ölkələri arasında ən yüksək göstəriciyə malikdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müavinət və təqaüdlər artırılacaq - AÇIQLAMA
“YAŞAT” yeni tədris ilində 67 şəhid övladına dəstək oldu - Fotolar
Şəmkir sakinlərindən örnək addım - FOTOLAR
Bu şəxslər heç zaman kökəlmir