Lökbatanda sürücüləri çaşdıran yol nişanı problemi
Lökbatan qəsəbəsində sürücülər yol nişanlarının olmaması səbəbindən çətinliklərlə üzləşirlər. Bu vəziyyət, xüsusilə pik saatlarda nəqliyyat sıxlığına və xaotik vəziyyətlərə səbəb olur.
Minval.info xəbər verir ki, Qaradağ rayonunun bu ərazisində, dairəni bildirən nişan yalnız Lökbatan qəsəbəsindən şəhər istiqamətinə gedən sürücülər üçün quraşdırılıb. Lakin “Meyvəli” Ticarət Mərkəzi tərəfdən Lökbatan istiqamətinə hərəkət edən sürücülər üçün belə bir nişan mövcud deyil.
Sürücülər bildirirlər ki, nişanın olmaması səbəbindən hansı nəqliyyat vasitəsinin üstünlüyə malik olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu da nəqliyyatın hərəkətində problemlərə və təhlükəli vəziyyətlərə səbəb olur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi