Lökbatan sakinləri su dərdində: Yay istisində gündüzlər nə edək?
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 24 nömrəli binanın sakinləri uzun müddətdir içməli su çatışmazlığı ilə üzləşirlər. Sakinlər bildirirlər ki, gündüz saatlarında mənzillərinə su verilmir.
Minval.info xəbər verir ki, sakinlər suyun yalnız gecə saatlarında və zəif təzyiqlə verildiyini qeyd edirlər. Bu səbəbdən, onlar gecələr su ehtiyatı toplamaq məcburiyyətində qalırlar.
Problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələ də həll yolu tapılmayıb. Sakinlərdən biri, yay mövsümünün başlamasından bəri çətinlik çəkdiklərini və onkoloji xəstə olduğu üçün gündüzlər suyun olmamasının ciddi problem yaratdığını vurğulayıb.
Digər bir sakin isə, evdə iki xəstə yaxınlarına qulluq etdiyini və suyun yalnız gecə saatlarında gəlməsinin böyük çətinliklər yaratdığını bildirib. “Yataq xəstəsinə həmin vaxt necə qulluq edim, paltarını necə yuyum?” deyə narahatlığını ifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi