“Liverpul”un qapıçısı “Beşiktaş”da - FOTO
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndrib.
Minval.info xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Liverpul” klubunun almaniyalı qapıçısı Loris Kaiusu heyətinə qatıb.
İstanbul klubu hələlik bu transferi rəsmən açıqlamasa da, “Beşiktaş”ın “Twitter” hesabında Loris Kariusun şəkli paylaşılıb.
Türkiyə mətbuatının yazdığına görə, “qara qartallar” 25 yaşlı qapıçını 2 illik icarəyə götürüb. Almaniyalı futbolçu tezliklə İstanbula gələcək və tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
“Beşiktaş” iki illik icarə üçün “Liverpul”a 2.5 milyon avro ödəyəcək. Kariusun transfer hüququnu almaq üçün isə əlavə 8 milyon avro təzminat ödəmək lazım gələcək.
Peşəkar karyerasına 2005-ci ildə “Ştuttqart”da başlayan Karius, daha sonra “Manşester Siti”yə transfer olunub. 2011-2016-cı illər aralığında “Maynts”da çıxış edən qapıçı 2016-cı ildən “Liverpul”un şərəfini qoruyur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mourinyo "Şkendiya" ilə matçda qapıları niyə dəyişdirib?
"İdman TV"nin şərhçisi Türkiyədə gündəm oldu - VİDEO
"Galatasaray" - "Osmanlıspor" - CANLI YAYIM
“Yuventus”un baş məşqçisi istefa verdi
“Qarabağ” Çempionlar Liqası üçün heyətini təqdim etdi - Foto
Türkiyəli futbolçudan terrora dəstək - VİDEO
Meyvezer MMA-də ilk döyüşünü keçirəcək