“Əlimdə sübutlar var, onları məhv edərəm” – Fərdanın keçmiş xanımı
“Noyabra qədər boşanmamışdıq. Acıq etmişdim, anamın evində idim. Buna səbəb isə, Fərdanın başqa münasibəti və uşağının olması idi. O, necə 6 aylıq ola bilər. Martda uşağın doğum günüdür. 2-ci sinifdə oxuyan övladım dünən xəbəri oxuyub, ağlayıb. Deyir ki, ana, bu nə hərəkət idi atam etdi”.
Bu sözləri aktyor Fərda Xudaverdiyevin ayrıldığı həyat yoldaşı Günel Xudaverdiyeva “xəbərçi.az”a açıqlamasında deyib. O, Fərdanın ikinci övladının nikahdankənar dünyaya gəldiyini bildirib:
“Fərdanın o şəkli paylaşmasından xəbərim olmayıb. Səhər açılanda xəbər saytlarında gördüm. Mətin və Aminin anası olaraq deyirəm ki, övladlarımın şəkli orada ola bilməz. Uşaqlarım atasızlıq yaşayırsa, səbəbkarı o qadındır.
Mən onu pis ata kimi qələmə vermirəm. Əvvəllər susurdum, deyirdim tanınır ona zərər gəlməsin. Amma o, övladlarıma zərbə vurdu. Onun müsahibə verməsinin vaxtı deyildi. Lazım gəlsə, mənim əlimdə sübutlar var, məhv edərəm. Onlar ailə qurmayıb. Uşaq nikahdankənardır. Gedib ona ev tutub, orada yaşayırlar. Ailəmi dağıtmağa səbəb olan, içki masasında oturan qadının uşağının şəkli mənim övladlarımla yanaşı ola bilməz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal