Əli Əsədov: "Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir"
“Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir”.
Minval.info xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.
O deyib ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə daim zənginləşən iqtisadi potensialın yönəldildiyi istiqamətlərdən biri də ölkənin müdafiə qüdrətinin artırılmasıdır: “Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda müasir tələblərə cavab verən müdafiə və hərbi sənaye kompleksinin yaradılması təşəbbüsü də cənab İlham Əliyevə məxsusdur”.
Baş nazir qeyd edib ki, bu sahədə qazanılan nailiyyətlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun silah-sursat sarıdan ən yüksək səviyyədə təchiz olunmasında əhəmiyyətli rol oynaylb: “Azərbaycan hazırda özünün əsas ehtiyaclarını ödəyən və 30-dan çox ölkəyə məhsullarını ixrac edən hərbi sənaye kompleksinin davamlı inkişafına nail olub.
Əgər 2003-2004-cü illərdə müdafiə xərclərinə dövlət büdcəsindən cəmi 0,9 milyard manat ayrılırdısa, 2020-ci ildə bu göstərici 3,9 milyard manata çatdırıldı. Gələn ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik məqsədlərinə 4,5 milyard manatdan çox vəsait yönəldiləcəkdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gün 19 şagirddə virus aşkarlanıb
Toylarda qoyulan tələblərə riayət olunur? - RƏSMİ
Sabahın havası AÇIQLANDI
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü - Qonaq getdiyi evdə nə baş verib?
Yeraltı və yerüstü keçidlərdə maska taxmaq məcburidir - DİN-dən açıqlama
Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub
Daha bir qadın cinayəti: ər 27 yaşlı arvadını öldürdü