Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı - Polkovnik həbs olunacaq?
Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Bakupost.az –ın əldə etdiyi məlumata görə, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb.
Onun son dövlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.
A. Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.
Polkovnikin çalışdığı idarənin inzibati binası da (Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti 23) Əli Həsənova məxsusdur.
Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Ə. Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Porsche" vədinə əməl etmədi! Almanların xəyalları puç oldu
Polis metroda maska reydi keçirdi
İlham Əliyev Fərman imzaladı
Ölkəyə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alındı - FOTO
Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürüldü
"Qızıl top"a iddialıların siyahısı açıqlandı
İcra başçısının yaxın adamı saxlanıldı - Qanunsuz tikililərə görə