10.09.2026 - 10:41
Ölkə 11 baxış

Günel Ziyadova: Analıq və həkimlikdə çətinliklər

Uzman doktor Günel Ziyadova, “Saturasiya” adlı televiziya proqramında qonaq olaraq iştirak edib. O, Türkiyədə aldığı təhsil təcrübələrindən, analıq və peşəkar inkişafı bir arada davam etdirməyin çətinliklərindən və Azərbaycana qayıtdıqdan sonra formalaşdırdığı həkimlik fəaliyyətindən bəhs edib.

Minval.info xəbər verir ki, podkastda qadın və reproduktiv sağlamlıq, sonsuzluq, IVF proseduruna müraciət üçün doğru zaman, hormonal stimulyasiya, yumurta toplama prosesi və süni mayalanmanın qadınların və doğulan uşaqların gələcək sağlamlığına təsiri ilə bağlı cəmiyyətdə mövcud olan sual və narahatlıqlara aydınlıq gətirilib.

Söhbət zamanı, həmçinin qız uşaqlarının erkən yaşlardan düzgün maarifləndirilməsi, yeniyetmə və yetkin qadınların sağlamlıq ehtiyacları, həkimlərin sosial mediada fəaliyyəti, pasiyent məxfiliyi, peşəkar və hüquqi təhlükəsizlik kimi vacib məsələlər müzakirə olunub. Azərbaycanda qadın və uşaq sağlamlığının qorunması üçün görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb, səhiyyə sisteminin inkişafına dair maraqlı təklif və yanaşmalar səsləndirilib.

Günel Ziyadovanın səmimi etirafları, cəsarətli fikirləri və zəngin peşəkar təcrübəsi ilə yadda qalan “Saturasiya”nın yeni buraxılışını təqdim edirik.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: