Pirəkəşküldə zəhərli ilanlar evləri bürüdü
Abşeronun Pirəkəşkül kəndində zəhərli ilanların evlərə doluşması sakinlər arasında ciddi narahatlıq yaradıb. Kənd sakini Nailə Alıyeva, 51 yaşında, indiyədək dörd gürzə ilanını öldürmək məcburiyyətində qaldığını bildirib. Onun sözlərinə görə, xüsusilə gecə saatlarında evə daxil olan ilanlar ailə üzvlərinin rahatlığını pozur.
Minval.info xəbər verir ki, vəziyyətin təhlükəli olması səbəbindən Nailə Alıyeva və ailəsi bir müddət kənddən uzaqlaşaraq Sumqayıtda kirayə evdə yaşamaq məcburiyyətində qalıblar. Lakin maddi imkanlar kirayədə uzun müddət qalmağa imkan vermədiyindən yenidən kəndə qayıdıblar. Sakinlər bildirirlər ki, gürzələrin sayı artdıqca kənddə yaşayan insanlar daha da təşvişə düşürlər və ilanların heyvanlara da hücum edərək bəzi hallarda onları tələf etdiyi iddia olunur.
Sakinlər, xüsusilə uşaqlar və yaşlılar üçün yaranan ciddi təhlükə səbəbindən aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini və ilanların məskunlaşdığı yerlərin müəyyən edilərək zəruri tədbirlərin görülməsini tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Günel Ziyadova: Analıq və həkimlikdə çətinliklər
Bakı Hərbi Kollecinin kursantı faciəvi şəkildə vəfat etdi
Azərbaycanda ətin qiymətinə subsidiya dəstəyi!
Bakubus-un ikinci deposu siyahıdan çıxarıldı
Azərbaycan-Qazaxıstan dəniz marşrutu yenidən bərpa olunur
Alkoqollu içkilərə yeni gömrük rüsumları tətbiq edildi
Yandex Ermənistan rəhbərinin Qarabağ bağlantısı ifşa oldu