Əlehqazda gəlib Kapital Bankı yardılar: Üç nazirliyin ''gözü qarşısında'' oğurluq
Bakıda bu günə qədər görünməmiş oğurluq baş verib.
Minval.İnfo xəbər verir ki, criminal.az saytının məlumatına görə, şəhərin tən ortasında, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin yerləşdiyi ərazidə inanılmaz olay qeydə alınıb. Günün günorta çağı üzlərinə əlehqaz taxmış iki nəfər Vergilər Nazirliyi yaxınlığındakı Kapital Bankın bankomatına yaxınlaşıblar. Həmin vaxt şübhəliləri görən kassir onlara yaxınlaşıb, nə iş gördüklərini soruşub. Onlar da soyuqqanlılıqla cavab veriblər ki, ”sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq.
Bundan sonra iki şəxs bankomatın yerləşdiyi köşkü açaraq içəri daxil olublar. Laqonda ilə bankomatı kəsərək içərisindəki 174 min dollar pulu oğurlayıblar.
Yasamal rayon Polis İdarəsindən faktı təsdiq etsələr də, əlavə məlumat vermədilər.
Oğurluq olan bankomat bankın öz mühafizəçiləri tərəfindən qorunurmuş. Hazırda hüquq-mühafizə orqanı əməkdaşları əməliyyat-istintaq tədbiri həyata keçirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir