"Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək" İH-nin birinci müavini
Laçın rayonunda həlak olan ordumuzun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.
Bu barədə Manset.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyəti baççısının birini müavini Teymur Səmədov bildirib.
“Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün saat 17:00 da Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Şəhidlərin yaxınları, əzizləri, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edəcək.”
Qeyd edək ki, iyunun 28-də Laçın rayonu ərazisində “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərin Məkkəyə dron hücumu zərərsizləşdirildi
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir