Lənkəranda görülməmiş hadisə — Gəlin maşınından bir kisə narkotik çıxdı
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları iyunun 24-də saat 23:30 radələrində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasını təmin edib.DSX-nın Mətbuat Mərkəzindən minval.info-ya verilən məlumata görə, həmin tarixdə Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş “Wolkswagen” markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.
Belə ki, həmin şəxslərin sahildən 10-15 metr aralı olan əraziyə güllərlə bəzədilmiş avtomobillə gecə vaxtı gəlmələri, onlardan birinin avtomobildən düşərək aralanması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub.
Qeyd edilən şəxslər şübhəli şəxs qismində saxlanılmış, avtomobilə qoyulan kisənin içərisində ümumi çəkisi 8 kq 405 qram olan narkotik maddə (o cümlədən, 6 kq 115 qram tiryək, 250 qram metafetamin, 1 kq həşiş qətranı, 1 kq 40 qram heroin) aşkar olunub. Saxlanılmış vətəndaşların şəxsiyyəti dəqiqləşdirilib, onların Lənkəran rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Məmməd Əsəd oğlu və 1983-cü il təvəllüdlü Kərimov Aqşin Qubad oğlu olmaları müəyyən edilib.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir