Ələ keçirilmiş erməni hərbçilərin adları açıqlandı - SİYAHI
Mayın 27-si gecə saatlarında Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən ələ keçirilmiş erməni hərbçilərin adları açıqlanıb.
Musavat.com “Sputnik Armenia”ya istinadən siyahını təqdim edir:
A.N. Abqaryan;
I.A. Sarkisyan;
V.V. Sarkisyan;
B.S. Ohanyan;
A.G. Budoyan;
V.O. Rafaelyan.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat-təchizat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb. Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Conson Rusiyanı sevmir, Moskva da onu”- PESKOV
"Lotu Quli"nin hüzr məclisinə basqın edildi - VİDEO
Bakıya dünyanın ən bahalı avtomobili gətirildi
Aqil Abbas: “İmkanlı kişinin oğlu olduğum üçün tələbə olanda işləməmişəm”
DTX-nin həbs etdiyi məmur Səfurə Əlizadənin atasıdır