Ələ keçən PKK terrorçusu: “Qadını hamilə olduğu üçün edam etdilər”

Türkiyədə keçirilən antiterror əməliyyatı zamanı ələ keçən PKK terror təşkilatının üzvü olan qadın dəhşətli etiraflar edib.
Qadın 2013-cü ildə terrorçular tərəfindən oğurlandığını və İraqdakı mağaralardan birinə aparıldığını deyib.
Onun sözlərinə görə, PKK terrorçuları bura gətirdiyi bütün qadınlara təcavüz edirmiş. Daha sonra o, Suriyaya aparılıb, altı ay müddətində fransız və amerikalı həkimlər tərəfindən tibb təhsili alıb.
Qadın PKK terrorçularının dəhşətli əməllərini etiraf edib: “Bir dəfə Rasulayn xəstəxanasına qadın gətirildi, onun hamilə olması ilə bağlı şübhələr vardı. Analizlər zamanı onun hamilə olduğu məlum oldu. Terrorçular qadını hamilə olduğu üçün edam etdilər. Sonra onunla münasibətdə olan kişini də öldürdülər”. (Oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!